Gürcüstanda yeni antiRusiya təxribatı gözlənilir?

Gürcüstanda yeni antiRusiya təxribatı gözlənilir?

Gürcüstanlı analitiklər, rusiyalı jurnalist Vladimir Poznerin Gürcüstandan faktiki olaraq qovulması ilə bağlı əməliyyatı şərh edərək, qarşıdan gələn may ayında Rusiyaya qarşı əhval-ruhiyyədə yeni bir sıçrayış olacağı barədə xəbərdarlıq ediblər. SİA bu barədə rus mətbuatına istinad edir.

Gürcüstanlı mütəxəssislərin fikrincə, Gürcüstanda bir sıra siyasi qüvvələr, xüsusən də keçmiş prezident Mixail Saakaşvilinin partiyası “vəziyyəti “sabitləşdirmək” üçün hər fürsətdən istifadə etməyə” hazırdır. Onlara görə, eyni zamanda, yaxınlaşan 9 May da “siyasi həyəcana da səbəb ola bilər”.

Yeri gəlmişkən bildirk ki, ötən gün Rusiya Federasiya Şurası Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Qriqori Karasin də Tbilisidə Vladimir Poznerlə bağlı məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, rusiyalı jurnalist Vladimir Poznerin Gürğüstan paytaxtına gəlişi ilə əlaqədar bəzi gürcü vətəndaşları tərəfindən həyata keçirilən hərəkətlər, iki ölkə arasındakı münasibətlərin inkişafına mane olmaq üçün hazırlanmış anti-Rusiya təxribatdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə