Böyük Britaniyada son sutka ərzində 4478 nəfər koronavirusa yoluxub
Böyük Britaniyada son sutka ərzində 4478 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 350 266 nəfərə çatıb.
SİA-nın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 51 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 126 764 nəfərə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB