"Əl-Qaidə" lideri Usamə bin Laden yanacaq daşıyan gəmilərə hücum etməyi planlaşdırırmış. SİA-nın "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, Bin Ladenin öldürüldüyü Pakistanın Abbatabad şəhərindəki evində Amerikanın xüsusi təyinatlıları yeni terror aksiyalarının planlarını aşkar ediblər.
Usamə bin Ladenin arxivinin araşdırılması sübut edir ki, "Əl-Qaidə" 2011-ci ilin yayında yanacaq infrastrukturları obyektlərini partlatmağı planlaşdırıb. \"Əl-Qaidə\" terror təşkilatının bir nömrəli terrorçusu Usamə bin Laden mayın 2-ə keçən gecə Amerikanın xüsusi təyinatlı dəstələri tərəfindən Pakistan paytaxtı yaxınlığındakı evlərdən birində məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB