İspaniyanı etiraz aksiyası böyüməkdə davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin paytaxtı Madriddə minlərlə adam mərkəzi meydanda etiraz aksiyası keçirməyə davam edir. 30 minə yaxın adam \"Puerto del Sol\" meydanına toplaşıb və günlərdir burada gecələyır. İspanlar iqtisadi böhran və siyasətçilərin rüşvətxorluğuna qarşı etiraz etdiklərini bəyan edirlər.
Etiraz aksiyaları fonunda isə İspaniyada yerli və bələdiyyə seçkiləri baş tutmayıb. Hökumət nümayiş keçirməyi qadağan etsə də, aksiya iştirakçıları meydandan çıxmaq istəmirlər. Nümayişçilər \"heç bir siyasi partiyanı dəstəkləmədiklərini\" bildiriblər.
Qeyd edək ki, İspaniyada mayın 15-dən davam edən kütləvi aksiyalar Barselona, Valensiya kimi şəhərlər də daxil olmaqla, ölkənin 50-yə yaxın şəhərində keçirilir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB