Terrorçular Üsamə bin Ladenin intiqamını almaqda davam edir

Terrorçular Üsamə bin Ladenin intiqamını almaqda davam edir
Terrorçular Üsamə bin Ladenin intiqamını almaqda davam edir. SİA-nın "Lenta.ru" saytına istinadən verdiyi xəbərə görə, Pakistanın cənubunda Kəraçi şəhərində naməlum silahlılar hərbi bazaya hücum edib. Silahlıların hücumu hərbi bazada güclü partlayışın törədilməsi ilə başlayıb. Partlayış nəticəsində birləşmiş ştatlar tərəfindən Pakistana verilmiş 1 ədəd Orion tipli təyyarənin də sıradan çıxdığı deyilir. Eyni zamanda partlayış nəticəsində azı 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Ölənlərin sayının artacağı istisna olunmur.


Faktla bağlı məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Lakin hücumda "əl-Qaidə"nin Pakistan briqadasının əli olması güman edilir. Son müraciətlərinin birində qruplaşma mayın 2-də Abbotabad şəhərində öldürülmüş liderləri Üsamə bin Ladenin intiqamını alacaqlarına vəd vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB