Mərakeşdə nümayişlərin keçirilməsinə qoyulmuş qadağaya etiraz edən yüzlərlə insan polis qüvvələri tərəfindən döyülüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin təhlükəsizlik qüvvələrinin nümayişçilərə tətbiq etdiyi zorakılıqlar nəticəsində onlarla insan ağır xəsarətlər alıb. 40-dan çox insan həbs edilib.
Qeyd edək ki, Mərakeş hakimiyyəti ölkədə getdikcə güclənməkdə olan etiraz dalğalarını yatırmaq üçün bütün zorakı yollara əl atır. İnsalar isə illərlə hakimiyyətdə olan kral hökmranlığının devrilməsini istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB