Ketrin Eşton istədiyinə nail oldu

Ketrin Eşton istədiyinə nail oldu
Avropa Birliyi Liviyanın Benqazi şəhərində öz diplomatik missiyasını açıb. SİA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, açılışı Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton edib. Burada həmçinin BMT, beynəlxalq humanitar təşkilatların nümayəndələri, eləcə də bir sıra ölkələrin diplomatları işləyir.


Qeyd edək ki, Benqazidə Avropa Birliyi ofisinin açılacağı barədə Ketrin Eşton mayın 11-də Strasburqda Avropa Parlamentində çıxışı zamanı məlumat vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com