Yorqo Papandreu: \"Türkiyə - Yunanıstan əlaqələri inkişaf edir\"

Yorqo Papandreu: \"Türkiyə - Yunanıstan əlaqələri inkişaf edir\"

\'\'Türkiyə ilə Yunanıstan arasında əlaqələr 1999-cu ildən bu yana xeyli inkişaf edib\". SİA-nın məlumatına görə, bu sözləri Yunanıstanın baş naziri Yorqo Papandreu açıqlaması zamanı deyib. Nazir əlaqələrin inkişaf etdirilməsi üçün kifayət qədər əziyyət çəkildiyini bildirib: \'\'Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsi üçün 1999-cu ildən səy göstəririk. Bunun da nəticələrini görmüşük. Çox böyük çətinliklərlə də olsa, nəhayət yunanlılarla türklərin birlikdə ortaq çıxarları olduğunu göstərdik. Lakin münasibətlər hələ də arzuolunan səviyyədə deyil. İki ölkə arasında anlaşılmazlıqların qalıcı olması heç bir tərəfin xeyrinə olmayacaq\".

Qarşıda bir sıra çətinliklər olsa da, nazir diqqətə çatdırıb ki, Türkiyə ilə Yunanıstan arasında turizm sahəsində ciddi irəliləyişlər nəzərə çarpır.

Bütün xəbərlər Facebook səhifəmizdə