Süveyş Kanalı Administrasiyasının rəhbəri Usama Rabia “Ever Given” qapalı konteyner gəmisinin yaratdığı "tıxac" nəticəsində Kanal idarəsinə dəyən maddi zərərləri qiymətləndirdiklərini deyib.
Rabiaya görə, itkilər bir milyard dollara çatacaq. Bu məbləğə “Ever Given”ni dayazlıqdan çıxarmaq xərcləri də daxildir.
Bundan əvvəl “Euler Hermes” sığorta şirkəti Süveyş Kanalındakı "tıxac"dan dünya iqtisadiyyatına dəyən ziyanı şərti olaraq yüz milyardlarla dollar hesablamışdı. Xüsusilə, yalnız dünya ticarətinin itkisi 6-10 milyard dollar olaraq qiymətləndirilirdi, belə ki, kanalın bağlı qaldığı hər həftə dünya ticarətinin illik artımını 0,2-0,4 faiz bəndi azaldır.
Ancaq xoşbəxtlikdən konteyner gəmisi Süveyş kanalında bir həftədən az müddətə “dayandı”. Martın 23-də saya oturdu, 29 martda isə oradan çıxarıldı. Elə həmin gün kanal boyunca hərəkət bərpa edildi.
Daha əvvəl də xəbər verildiyi kimi, “Ever Given” Çindən Hollandiyaya səyahət edirdi. Güclü küləklər nəticəsində təsadüfən məcradan çıxıb və sahilə dirənib. Bununla da beynəlxalq tədarüklərin 13%-nin keçdiyi Süveyş kanalındakı trafiki tamamilə bağlayıb.
Bəzi araşdırmaçılar bu hadisənin qəsdən törədildiyini ehtimal edirlər. Lakin hələlik qəti bir fakt əldə edilməyib.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB