Grimsvötnün ilk nəticəsi

İslandiyada Grimsvötn vulkanın püskürməsi ilkin nəticələrini gəstərir. SİA-nın məlumatına görə, vulkanın fəaliyyətə keçməsi nəticəsində ölkənin əsas hava limanı Keflavik bağlanıb.

Hava limanının səlahiyyətli nümayəndəsi Hcordis Gudmundsdottir mövzu ilə əlaqədar verdiyi açıqlama zamanı bildirib ki, vulkan püskürməsindən sonrakı nəticələr hamıya məlumdur. 2010-cu ildə Eyyafyallayökül vulkanının püskürməsi nəticəsində kül buludları Avropaya yayılmış, qitədəki bütün hava limanları 5 gün bağlı qalmışdı. Bu dəfə də Grimsvötn vulkanının oyanması bir sıra faciələrə səbəb ola bilər. Bu ehtimalı nəzərə alaraq ölkənin hava limanının bağlanmasına qərar verilib\".

Qeyd edək ki, İslandiya səmasındakı kül buludlarının Avropa istiqamətinə deyil, əksinə qərb istiqamətinə doğru irəlilədiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə