Yaponiyaya yardım əli uzadan ilk iki ölkə

Yaponiyaya yardım əli uzadan ilk iki ölkə

Yaponiyaya yardım etmək üçün iki ölkə razılığa gəlib. SİA-nın məlumatına görə, bu barədə Tokioda keçirilən ikigünlük sammit zamanı məlumat verilib. Belə ki, sammit çərçivəsində Yaponiyada baş verən hadisələrin törətdiyi faciələr müzakirə edilib və Çinlə Cənubi Koreyə liderləri Yaponiyaya yardım edəcəklərini bəyan ediblər.

Yaponiyanın baş naziri Naoto Qan çıxışı zamanı Sakit okeana radioaktiv suyun axıdılmasının yanlış addım olduğunu etiraf edib: \"Çin və Koreya rəhbərliyi onlara xəbərdarlıq etmədən radioaktiv suyu Sakit okeanına axıtdığımız üçün Yaponiyanı tənqid etmişdilər. Bu tənqiddə haqlı olduqların etiraf edərək qeyd etmək istəyirəm ki, düşünülmədən atılan addımın peşmançılığını hələ də çəkirik\".

Qeyd edək ki, sammit zamanı ölkələr arasında azad ticarət yollarının araşdırılacağı da bəyan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə