Dünya mövcud olandan müxtəlif qruplar, icmalar, qəbilələr, tayfalar, dövlətlər arasında qarşıdurma yaşanmışdır. Təbii ki, bu mübrizə ölkələr, xalqlar arasında müxtəlif variantlarla özünü göstərib. Bu gün dünya tarixində "Soyuq müharibə" kimi xatırlanan dövrü 1945-1990-cu illərin əhatə etdiyini deyirlər. Əslində, bunu “üçüncü dünya müharibəsi” kimi də təqdim edirlər.
Maraqlıdır, nə idi bunun kökündə dayanan? Məsələn, İkinci dünya müharibəsindən sonra kapitalist ölkələri yeni yaranmış quruluşu hər vəchlə yox etmək, SSRİ isə əksinə sosializm ideyalarını dünyaya yaymaq niyyətində idi. Deyilənə görə, məhz tərəflərin bu istəklərin onlar arasında Soyuq Müharibənin başlanmasına səbəb olmuşdu.
Doğrudur, bu dövrdə ölkələr qarşılıqlı cəngə girməsələr də, əsas müharizə vasitəsi kimi, təbliğat önə çəkilmişdi. Bundan əlavə, bu ərəfədə əsas rəqib kimi göstərilən ABŞ və SSRİ bir-birindən qorunmaq üçün hərbi obyektlər tikintisi də geniş vüsət vermişdilər.
Hazırda Amerikanın Sovet raketlərindən qorumaq adı altında Şimali Dakota ştatında inşa etdirdiyi qəribə piramida kompleksi indi bu ölkədə Soyuq Müharibənin yadigarı kimi təqdim edilir. Hər şeydən əvvəl qeyd edık ki, bu tikinti böyük vəsait hesabına başa gəlsə də, lakin heç vaxt təyinatı üzrə istifadə edilməyib.
Maraqlıdır ki, heç vaxt istifadə olunmayan kompleks hələ də mövcuddur. Halbuki vaxtilə Amerika bu kompleksin köməyi ilə şəhərlərinin müdafiəsini təmin etmək üçün düşmənin yaxınlaşan nüvə raketlərinə qarşı zərbə endirməyi düşünürdü.
Bəli, düşünürdü. Halbuki indi kompleks Soyuq Müharibə dövründən qalan hərbi tullantıların ən bariz nümunələrindən biri olaraq göstərilir. Qeyd edilməlidir ki, həmin ərəfədəki ABŞ rəhbərləri ölkənin daha 12 yerində belə komplekslərin tikintisini planlaşdırırdı.
Deyim ki, həmən ərəfədə SSRİ-də ABŞ tərəfindən gözlənilən raket zərbələrinə qarşı passivlik nümayiş etdirmirdi. Belə ki, Sovetlər birliyinin ayrı-ayrı ölkələrində də raket əleyhinə qarışılıq verə biləcək hərbi obyektlərin tikintisi davam etdirilirdi.
Lakin 1972-ci ildə ABŞ prezidenti Riçard Nikson və Sovet lideri Leonid Brejnev arasında imzalanan və sonralar ABM Müqaviləsi adını alan raketdən müdafiə müqaviləsi hər iki ölkədə hərbi obyekt tikintisini məhdudlaşdırdı. Əslində, bu hər iki ölkənin büdcəsi üçün böyük qənaət kimi də qəbul edilməlidir.
Etiraf edilməlidir ki, bu gün Şimali Dakotadakı hərbi kompleks atılmış olsa da, lakin tikiliyə heyran qalmamaq olmur. Kompleks ştatın Kiçik Nekoma qəsəbəsindəki magistral yolun kənarında yerləşir.
SİA-nın əlavəsi: xatırlayıram, bir müddət bundan əvvəl fransız fotoqraf Eric Lusito altı il ərzində Soyuq Müharibənin sona çatması ilə başlı SSRİ və Sovetlər birliyinin ayrı-ayrı ərazilərində qəzalı vəziyyətə düşmüş hərbi obyektlərin fotoşəkillərini çəkirdi. Qeyd edilməlidir ki, fransız fotoqraf çəkdiyi şəkillərin çoxluğunu nəzərə alaraq, onları rəsmi olaraq üç seriyaya bölmüşdü: interyerlər, xarici görünüşlər və “başqa vaxtdan və məkandan” köhnə fotoşəkillər. Məncə, əlavə şərhə ehtiyac yoxdur...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB