Nazir: \"Ölkənin əvvəlki halına qayıtması üçün 184 milyard dollar lazımdır\"

Nazir: \"Ölkənin əvvəlki halına qayıtması üçün 184 milyard dollar lazımdır\"

\"Yaponiyanın əvvəlki halına qayıtması çox zaman və pul tələb edəcək\". SİA-nın məlumatına görə, bu sözləri Yaponiyanın iqtisadiyyat naziri Kaoru Yosano açıqlaması zamanı deyib.

Onun sözlərinə görə martın 11-də baş verən zəlzələnin verdiyi ziyanlar ölkənin hər sahədə inkişafına təsir edib: \"Yaponiyada martın 11-də baş verən zəlzələ çox ağır nəticələrə səbəb oldu. Ölkəni baş verən sunaminin zərərlərinnən azad etmək, ölkəni əvvəlki halına qaytarmaq üçün 184 milyard dollardan çox pul xərclənəcək. Bu məbləğ sadəcə dağılmış binaların və iş yerlərinin yenidən inşası üçün nəzərdə tutulub\".

Ölkənin yenidən əvvəlki hala qaytarılmasının çətinliyi deyən nazir, lazım olan məbləğ üçün xarici ölkələrə də müraciət ediləcəyini deyib: \"Yaponiyada baş verənlər ölkəni bütün sahələr olmaqla, əsas da iqtisadi cəhətdən çox zəiflədib. Lazım olan məbləğ üçün xarici ölkələrdən yardım istəsək belə, bu borc üçün ciddi düşünmək lazımdır. Çünki ölkə iqtisadiyyatının hələ uzun müddət bu vəziyyətdə qalacağı ehtimal edilir. Amma təbii ki, alınan borc nəticəsində ölkə yenidən əvvəlki halına gətirilsə, zamanla iqtisadiyyat da canlanacaq və tez bir zamanda bütün problemlər həll olunacaq\".

Bütün xəbərlər Facebook səhifəmizdə