Rus və italyan olan iki əsgər nəzarət altına götürülüb

Rus və italyan olan iki əsgər nəzarət altına götürülüb

İtaliyanın təhlükəsizlik qüvvələri cəsusluq istintaqı çərçivəsində rus və italyan olan iki əsgəri nəzarət altına götürüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, söhbət Romadakı Rusiya səfirliyində çalışan bir hərbi zabit və İtalyanın hərbi dəniz qüvvələrinin zabitindən gedir.

Qəzet qeyd edir ki, rus zabitinin diplomatik missiya altında işlədiyini nəzərə alaraq, onun hüquqi statusu qiymətləndirilir. “La Repubblica” hadisəni "Soyuq Müharibədən bu yana ən ciddi hadisə" olaraq xarakterizə edib. Müstəntiqlər, italyan zabitinin pula çox ehtiyacı olduğu üçün gizli məlumatları ötürməyə razı olduqlarını iddia ediblər.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə