"Estoniyada işləyən ukraynalılar ingilis dilindən çox rus dilində danışmağı üstün tuturlar ki, bu da ölkənin sabitliyini təhlükə altına alır".
Bildirək ki, bu fikirləri estoniyalı siyasətçi Jüri Kukk "Uued Uudised" üçün yazdığı məqalədə bildirib.
SİA bu barədə rus mətbuatına istinad edir.
Estoniya Mühafizəkar Xalq Partiyasının parlament fraksiyasının məsləhətçisi, Estoniyaya pul qazanmaq üçün gələn ukraynalıların əsasən inşaat sənayesində məşğul olduqlarını və işəgötürənləri ilə rus dilində ünsiyyət qurmağı üstün tutduqlarını bildirib.
Kukk estonlara artıq rus dilinin "ortasında yaşadıqlarını" bildirərək öz dillərinin küncə sıxışdırıldığı üçün şikayətçi olmamalarını təvəqqe edib. Təbii ki, o, bunu istehza ilə bildirib. Bundan əlavə, estoniyalı siyasətçi Tallində tədrisin rus dilində aparıldığı uşaq bağçaları və məktəblərinin açmaq lazım gələcəyini bildirib. Onun sözlərinə görə, Estoniyaya işləmək üçün gələn ukraynalılar artıq ailələrini də özləri ilə bu ölkəyə gətirməyə başlayıblar.
Yeri gəlmişkən bildirək ki, Kukk ukraynalıların Estoniya üçün Rusiyanın xüsusi təyinatlı xidmət orqanları əməkdaşları və ya casuslarından daha böyük bir təhlükə olaraq gördüyünü də gizlətməyib. Onun fikrincə, ölkə ərazisində xarici işçiləri işə götürən yerli sahibkarlar onlarla yalnız ingilis dilində ünsiyyət qurmalıdırlar. Əks təqdirdə isə, onlar ölkə ərazisindən çıxarılmalıdırlar.
Bildirək ki, hazırda Ukraynanın özündə belə rus dilinə qarşı fəal mübarizə aparılır. Belə ki, artıq bu ilin 16 yanvar tarixindən etibarən ölkənin xidmət işçilərindən müştərilərlə ancaq Ukrayna dilində danışmaq tələb olunur. Digər dillərə gəldikdə isə, bu, yalnız ziyarətçinin istəyi ilə məhdud şəkildə tələb oluna bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB