Ermənilər quyruqları qapı arasında qalan kimi, dərhal özlərinə kənarda dəstək axtarırlar. Dünənədək rusları yamanlayıb, onların ermənilərə daha əvvəlkidək "himayədarlıq" etmədiyini bildirən ermənilərin əksəriyyəti indi Rusiya ilə münasibətlərin gücləndirilməsinin tərəfdarı kimi çıxış edirlər. SİA bu barədə erməni mətbuatına istinadən xəbər verir.
Qeyd edək ki, bunu Gallup Beynəlxalq Birliyinin Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardiyan ölkədə keçirilən rəy sorğularının nəticələrini təqdim edən mətbuat konfransında bildirib.
Maraqlıdır ki, keçirilən rəy sorğusunda iştirak edən 800-dən artıq erməninin 62.9 faizi Rusiya, 16.4 faizi ABŞ, 6.4 faizi Fransa, 5.2 faizi isə Avropa Birliyi ilə əməkdaşlığın vacibliyini bildiriblər. Digər 2.6 faiz Çin, 2.4 faiz isə İranla əməkdaşlığın Ermənistan üçün önəm kəsb etdiyini dilə gətiriblər.
Bundan əlavə, respondentlərin 1,5 faizi Avrasiya İqtisadi Birliyi ilə, 0,7 faizi isə NATO və Gürcüstan ilə əlaqələrin gücləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Digər 0.2 faiz isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərin pozulmamasının tərəfdarı kimi çıxış ediblər.
Göründüyü kimi, ermənilərin indiki vəziyyəti suda boğulanın saman çöpündən can diləməsinə bənzəyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB