Qədim idealist filosof Plotinin belə bir fikri var, deyir, kainat nə qədər böyük və onun müxtəlifliyi nə qədər çox olsa da, o hər şeyi ehtiva edən ilahi bir qüvvənin sayəsində vəhdətdədir. Filosofun fikrincə, dünya məhz onun sayəsində ilahiləşir. Təbii ki, inamsız yaşamaq çətindir. Bu, əslində, mənim kimi, Allaha inanan bəzi insanların subyektiv fikri ola bilər. Amma bu gün dünya imansızlığa meyl edən insanlardan da xali deyil. SİA xarici mətbuatdakı bəzi faktlara istinad edir.
Beləliklə, Amerika İctimai Rəy İnstitutu yanında ictimai rəyi öyrənmək qurumunun amerikalılar arasında keçirdiyi rəy sorğusuns görə, ölkədə dindarlıq səviyyəsi azalmaya doğru getməkdədir. Belə ki, Amerikanın müxtəlif əyalətlərində rəyi soruşulanların yalnız 48 faizi dinin həyatlarında əhəmiyyətli bir rol oynadığına inanır. Bildirək ki, bu ABŞ-da dinə inam mövzusu ilə bağlı 1952-ci ildə keçirilən son sorğudan sonra ən aşağı göstəricidir. Xatırladaq ki, həmən vaxt rəyi soruşulanların 75 faizi dinin həyatlarında çox əhəmiyyətli rol oynadığını bildirmişdilər.
Amma bu gün sorğuya qatılan amerikalıların yalnız 30 faizi son bir həftədə kilsəyə, məscidə və ya sinaqoqa getdiklərini bildirirlər. Halbuki, bu 1940-cı illərdən bəri Amerika tarixdə dinə münasibətdə ən aşağı göstəricidir.
Qeyd edək ki, 2000-dən çox yetkin amerikalı arasında aparılan rəy sorğusunda bu ölkədə ateistlərin sayında xeyli artım olduğu meydana çıxıb.
Başqa bir nümunə. Beləliklə, 2018-2020-ci illər ərzində ABŞ-ın bütün əyalətlərində 6.000-dən çox amerikalı arasında aparılan başqa bir rəy sorğusu da bu ölkədə dinə inamsızlığın geniş vüsət aldığını ortaya qoyub.
Maraqlıdır ki, Amerikada dinə meyillilik kişilərlə müqayisədə, daha çox yaşlı qadınlar arasında müşahidə edilməkdədər.
Bundan əlavə, statistika amerikalıların dindarlığa meyilliliyini yaş asılılığı ilə əlaqələndirir. Yəni amerikalılar daha çox yaşlaşdıqdan sonra dinə meyl etməyə başlyırlar. Amma bunun da bəzi qəribəlikləri sezilməkdədir. Məsələn, bu ölkədə, yaşından asılı olmayaraq, dinə inam gətirənlər ən çox Amerikanın cənubunda yaşayanlardır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB