Çexiya-Almaniya sərhədindəki stasionar sərhəd nəzarəti daha 2 həftə müddətinə uzadılacaq
Çexiya-Almaniya sərhədindəki stasionar sərhəd nəzarəti daha 2 həftə müddətinə uzadılacaq.
SİA xəbər verir ki, bu qərar Çexiyada koronavirusla bağlı vəziyyətin bir qədər yaxşılaşması fonunda qəbul edilib. Bu barədə Praqa KİV-ləri məlumat yayıb. Məlumatda, həmçinin bildirilir ki, Almaniya ilə Avstriyanın Tirol regionu arasındakı sərhədə nəzarət bir qədər yumşaldılacaq. Müəyyən yaxşılaşmaya baxmayaraq, Çexiyada yoluxma sayı hələ də əvvəlki tək yüksəkdir. Mövcud sərhəd nəzarətinin 2 həftədən sonra uzadılıb-uzadılmayacağı ölkədəki vəziyyətdən asılı olacaq. Bununla bağlı qərar aprelin ortalarına yaxın qəbul ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB