Sarkisyan: "Ermənistan "çoxistiqamətli böhran" vəziyyətindədir"

Sarkisyan: "Ermənistan "çoxistiqamətli böhran" vəziyyətindədir"

"Bu gün Ermənistan çoxistiqamətli böhran vəziyyətindədir". SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistan prezidenti Armen Sarkisyan deyib.

Prezident qeyd edib ki, böhrana səbəb dövlət aparatının səmərəli işləməməsi, əksər hallarda çıxılmaz vəziyyətə düşməsidir. Eyni zamanda müharibədən sonrakı durum və koronavirus ölkəni iflic duruma salıb: "Biz çoxistiqamətli böhran dövrünə qədəm qoymuşuq. Dağlıq Qarabağda məğlubiyyət, gənclərin müharibədə ölməsi, miqrasiya bu böhranı daha da dərinləşdirib. Hətta çıxılmaz duruma salıb. O cümlədən insanlar arasında mənəvi-psixoloji böhran artıb. Minlərlə insan bilet alıb, Rusiyaya, ya da Avropa ölkələrinə köç etməyi düşünür".

Bütün xəbərlər Facebook səhifəmizdə