Ermənistanın baş naziri Nikol Paşinyan “Mülki Müqavilə” partiyası üzvlərinə seçkiqabağı fəaliyyətə başlamağı və onların təmsil etdikləri partiyanın bölgələrdə iki il əvvəl bağlanmış ofislərini yenidən açmağı tapşırıb. Xatırladaq ki, 2015-ci ilin mayında ictimai-siyasi birlik kimi yaradılan bu qurum sonradan siyasi partiya olaraq fəaliyyət göstərirdi. Qeyd edək ki, həmin ərəfədə bu partiyada təmsil ounan Paşinyan partiyanı “institusional müxalifət” olaraq xarakterizə etmişdi.
SİA bu barədə erməni mətbuatına istinad edir.
Xatırladaq ki, 2017-ci il parlament seçkilərində partiyalar bloku “Mülki Müqavilə”, “Maariflənmiş Ermənistan” və “Respublika” parlamentdə 9 yer almışdılar. Daha sonra blok üzvlər “Elk” (“Çıxış”) fraksiyasını qurdular.
Erməni mediasının verdiyi məlumata görə, hazırda fraksiya üzvlərinin əksəriyyəti secki siyahısını, dəqiq desək, bu siyahıda onların adlarının olub-olmamasını gözləyirlər. Buna baxmayaraq, Nikol Paşinyan hələ ki, siyahıları hazırlamağa və ümumiyyətlə, köhnə tərəfdaşlarından kiminin hansı yerdə olacağını söyləməyə tələsmir.
Bəzi mənbələr Paşinyanın hələ ki, ölkə parlamentində Seçki Məcəlləsinə dəyişiklik layihəsi qəbul edilib reytinqli seçki sisteminin aradan götürüləcəyini gözlədiyini bildirirlər.
Təbii ki, Nikol kartların indi açılacağı təqdirdə, siyahıda yer almayanların demarşa gedib bu dəyişikliyə səs verməmələrini istisna etmir. Çoxları, Paşinyanın gözləmə mövqeyində durmasını da bununla əlaqələndirirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB