Süveyş kanalındakı problemə görə 60 min qoyun və 421 inəkli beş gəmi 6 gün tıxacda dayanıb

Süveyş kanalındakı problemə görə 60 min qoyun və 421 inəkli beş gəmi 6 gün tıxacda dayanıb

Süveyş kanalının bloklanmasına görə 60,4 min qoyun və 421 inək olan beş gəmi altı gün tıxacda dayanıb.

SİA-nın məlumatına görə, bu barədə Misir Kənd Təsərrüfatı və Meliorasiya Nazirliyi bildirib.

Məlumata əsasən, canlı heyvanların olduğu gəmilər İspaniya və Rumıniyadan Səudiyyə Ərəbistan istiqamətində gədib.

Nazir Əl-Səyyid əl-Quseyr qeyd edib ki, beş gəminin hamısında heyvan sağlamlığının ümumi vəziyyəti yaxşıdır, epidemiya və ya yoluxucu xəstəlik əlamətləri yoxdur.

Onlara 190 ton yem və 120 ton su verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə