Türkiyədə son sutkada yeni növ koronavirusa 32 mindən çox yeni yoluxma halı qeydə alınıb
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 154 nəfər dünyasını dəyişib.
SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 31 230 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 32 404 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 3 240 577 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 18 015 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 975 108 nəfər təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB