Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabat sənədində yeni növ koronavirusun yarasalardan insanlara başqa bir heyvan vasitəsilə yoluxduğu iddia edilib. SİA bunu "Euronews"-a istinadən xəbər verir.
Associated Press (AP)-in Cenevrədəki bir diplomatdan aldığı ÜST-nın hesabatında Covid-19-un laboratoriyadan çıxma ehtimalının "çox aşağı" olduğu bildirilib.
Məruzə layihəsində, Covid-19-un yarasalardan insanlara başqa bir heyvan vasitəsilə keçməsinin ən çox ehtimal olunan ssenarisinin olduğu bildirilib.
Hesabatın dərcinin dəfələrlə təxirə salınması Çinin nəticələrə təzyiq edib-etməməsi ilə bağlı suallar doğurmuşdu. ÜST rəsmisi keçən həftə hesabatın bir neçə gün ərzində dərc oluna biləcəyini açıqlayıb.
AP-nin ələ keçirdiyi layihənin son versiya kimi göründüyü bildirilib, lakin bu nöqtədən sonra hər hansı bir dəyişiklik edilib edilməyəcəyi bilinmir.
Xatırladaq ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) keçmiş direktoru Robert Redfield virusun mənşəyinin Çində bir laboratoriya olduğunu irəli sürmüşdü.
Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin sədr müavini Fıng Zıcian, Covid-19 laboratoriyasından sızma ehtimalının mümkün olmadığını iddia etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB