Şimali İrlandiyanın Derry şəhərində bomba partladılıb. SİA-nın xarici informasiya agentliklərinə istinadən verdiyi məlumata görə, hadisədə ölən, ya da yaralanan olmayıb. Lakin müxalifətdə olan respublikaçıların radikallaşdığı və silahlı hücumların sayını artırdıqları barədə polisin əlində kifayət qədər məlumat var.
Son partlayış zamanı yaxınlıqda yerləşən bir bank şöbəsinə maddi ziyan dəydiyi də verilən məlumatlar sırasındadır. Şimal İrlandiyalı siyasətçiləri isə hücumu qınayıblar. Belə ki, bir qrup siyasətçi hadisənin İngiltərə kraliçası II Elizabetin tarixi İrlandiya səfərindən sonra baş verməsini diqqətə çatdırıblar.
Qeyd edək ki, hadisə ilə bağlı istintaq davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB