ABŞ-ın İran əleyhinə fəaliyyət göstərən casusları ələ keçirilib. SİA-nın xəbərinə görə, məlumatı İranın Kəşfiyyat Nazirliyi yayıb.
Nazirliyin rəsmi nümayəndəsi mövzu ilə bağlı açıqlaması zamanı bildirib ki, casuslar İran haqqında gizli məlumatları ABŞ-a çatdırırmış: \"Aparılan kəşfiyyat əməliyyatları nəticəsində 30 casus ələ keçirilib. Müxtəlif vədlərlə aldadılan casuslar İranda baş verən hadisələri Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) çatdırıb. Belə ki, İranın atom enerji fəaliyyətləri, araşdırma mərkəzləri, universitetlər, enerji, hərbi, müdafiə sistemi, təhlükəsizlik və bir sıra digər mövzularda gizli yollarla ələ keçirilən məlumatlar ABŞ-ın əlində olub. Ümumiyyətlə ABŞ bəzi ölkələrdəki diplomatik nümayəndələri vasitəsilə böyük bir casus şəbəkəsi yaratmaq niyyətindədir\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB