Almaniya atom enerjisindən imtina edəcək

Almaniya atom enerjisindən imtina edəcək

Almaniyada atom enerjisindən imtina ediləcək. SİA-nın məlumatına görə, Almaniyanın baş naziri Angela Merkel bu barədə açıqlaması zamanı məlumat verib. Onun sözlərinə görə, 2022-ci ilə qədər Almaniyada atom enerjisindən istifadə tamamilə dayandırılacaq: \"Atom enerjisindən istifadə zamanla sıradan çıxacaq. Almaniyada bu müddət 2022-ci ilə qədər bitəcək. Bu, doğru zaman seçimidir. Lakin bu qərarın hansı ildə qüvvədə olacağı haqda məlumat vermək hələ ki, tezdir. Əsas odur ki, bu istiqamətdə artıq bir sıra işlər görülür\".

Bütün xəbərlər Facebook səhifəmizdə