İndoneziyanın Cənubi Sulavesi əyalətinin Makassar şəhərində terrorçu-kamikadzenin katolik kilsəsinə hücumu nəticəsində güclü partlayış olub. SİA "Sinxua" agnetliyinə istinadən xəbər verir ki, bu barədə əyalətin polis rəisi Merdisyam bildirib.
Qeyd olunub ki, partlayış nəticəsində yaralananlardan 9-u hospitala yerləşdirilib. Onlardan 5-i kilsənin xidmətçisi, 4-ü isə ziyarətçidir.
Terrorçu-kamikadze hadisə yerində ölüb. Kilsənin içərisində olanlar xəsarət almayıb. Polis araşdırma aparılır.
Qeyd edək ki, İndoneziya əhalsinin sayı 270 mln nəfərdir. Ölkə əhalisinin 87 milyonu islam, 27 milyonu isə xristian dininə inanır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB