İspaniyada sürücünün avtomobili insanların üzərinə sürməsi nəticəsində 7 nəfər yaralanıb
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə regional təcili xidmət tvitter səhifəsində məlumat yayıb.
Bildirilib ki, hadisə krallığın Yunkera-de-Enares bələdiyyəsində baş verib. Yaralıların 4-ü hospitala yerləşdirilib. Məlumata görə, sürücü avtomobili qəsdən insanların üzərinə sürüb. Avtomobilin sürücüsü saxlanılıb. Saxlanılan şübhəli uşaqları ilə bağlı qəyyumluq hüququnu itirdiyi üçün bu addımı atdığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB