Pakistanda uzaqmənzilli ballistik raketin sınağı uğurla həyata keçirilib
Pakistanda uçuş məsafəsi 900 kilometr olan uzaqmənzilli “Şahin 1-A” ballistik raketi uğurla sınaqdan çıxarılıb.
SİA Pakistan mətbuatına istinadla xəbər verir ki, “torpaq-torpaq” sinfinə aid olan ballistik raketin naviqasiya parametrləri və digər göstəriciləri təkmilləşdirilib.
Raketin sınaqdan uğurla çıxması ilə bağlı Pakistan Prezidenti Arif Alvi və Baş Nazir İmran Xan hərbçiləri təbrik edib.
Bundan əvvəl Pakistanda “Babur” (uçuş məsafəsi 490 kilometr), “Şahin -1” (650 km), Ghauri (1300 km), “Şahin-2” (1500 km) və “Şahin-3” (2750 kilometr) raketləri də uğurla sınaqdan çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB