Misirdə dəhşətli qatar qəzası 32 nəfər həlak olub

Misirdə dəhşətli qatar qəzası  32 nəfər həlak olub

Misirin Soga vilayətinin Tahta şəhərində iki sərnişin qatarının toqquşması nəticəsində azı 32 nəfərin həlak olduğu bildirilir. SİA xəbər verir ki, qəzada yaralanmış 102 sərnişin yaxındakı xəstəxanalara çatdırılıb.

Misir Dəmir Yolu İdarəsinin məlumatında qeyd olunub ki, insident naməlum sərnişinin Luksor-İsgəndəriyyə istiqamətində hərəkət edən qatarın qəza tormozunu dartması nəticəsində baş verib. Ani relsdən çıxan qatar qarşıdan gələn başqa qatarla toqquşub.

Prezident Əbdülfəttah əl-Sisi qəzanın səbəbinin araşdırılması və təqsirkarların cəzalandırılması barədə göstəriş verib. O, həmçinin həlak olanların ailələrinə təzminat ödənilməsini tapşırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə