Partiya sədrinin müavini istefa verdi

Partiya sədrinin müavini istefa verdi

Türkiyənin Milliyətçi Xalq Hərəkatı Partiyasının (MHP) sədr müavini Osman Çakır istefa verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Çakır bundan başqa 12 iyun seçkilərində də iştirakdan imtina edib.

Samsun şəhərindən MHP-dən millət vəkilliyinə namizədliyini irəli sürən Osman Çakır nəinki partiyada tutduğu vəzifəsindən, həmçinin partiyadan da istefa verib.


Bütün xəbərlər Facebook səhifəmizdə