Rusiya atom sualtı gəmiləri Arktikanın altında unikal əməliyyat keçirib - VİDEO

Rusiya atom sualtı gəmiləri Arktikanın altında unikal əməliyyat keçirib - VİDEO

Müasir Rusiya tarixində ilk dəfə Hərbi Dəniz Donanmasının 3 atom sualtı gəmisi buzlaqların altında bir araya gəlib. Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı admiral Nikolay Yevmenov bu barədə Silahlı Qüvvələrin Ali Baş Komandanı Vladimir Putinə məlumat verib.

Yevmenovun sözlərinə görə, vahid konsepsiya və plan üzrə müxtəlif istiqamətlərdən gələn 3 sualtı qayıq təyin olunmuş vaxtda 300 metr radiusda olan bir ərazidə görüşərək 1,5 metr qalınlığında buzu yarıb səthə çıxıblar.

Nüvə raket daşıyıcılarından biri praktik torpedo atışları həyata keçirib. Atışdan sonra torpedo xüsusi təchiz edilmiş bir çuxurda səthə qaldırılıb.

Umka-21 Arktika ekspedisiyası Hərbi Dəniz Qüvvələri komandanlığının rəhbərliyi altında 20 mart tarixindən bəri aparılır. Prezidentin qeyd etdiyi kimi, bu ekspedisiyanın Sovet və müasir Rusiya tarixində analoqu yoxdur. Putin ekspedisiya zamanı yerli silahların yüksək döyüş qabiliyyətlərini, ekstremal şəraitdə əməliyyat zamanı etibarlılığını təsdiqlədiklərini əlavə edib.

Umka-21-ə ümumilikdə 600-dən çox hərbi və mülki işçi, 200-ə yaxın silah, hərbi və xüsusi texnika cəlb edilmişdir. Ekspedisiyanın ərazisində orta temperatur mənfi 25-30 dərəcədir, əsən külək saniyədə 32 metrə çatır.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə