ABŞ hərbçilərinigələn ilə qədər Əfqanıstanda saxlamaq niyyətində deyil - Bayden
ABŞ hərbçilərinin mayın 1-ə qədər Əfqanıstandan çıxarılmasında çətinliklərlə qarşılaşacaq, lakin onları gələn ilə qədər orada saxlamaq niyyətində deyil.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.
Ağ Evin rəhbəri deyib deyib: "1 may tarixinə çatmaq (hərbçilərin Əfqanıstandan çıxarılması - red.) çətin olacaq. Çox qalmayacağıq, gedəcəyik, lakin məsələ nə vaxt gedəcəyimizdir".
C.Bayden BMT-nin egidası altında Əfqanıstanda ümummilli barışıq prosesinin başlanğıcına ümid bəslədiyini də qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB