Pakistanda koronavirusa yoluxan xəstələrin sayı 641 min nəfərə çatıb
Son günlər Pakistanda epidemioloji vəziyyət yenidən gərginləşib. Ölkədə bir müddət əvvəl başlayan vaksinasiya davam edir.
SİA Pakistan mətbuatına istinadla xəbər verir ki, ölkədə əsasən, Çin və Rusiya vaksinlərindən istifadə olunur.
Məlumatda bildirilir ki, son sutkada COVID-19-a 3944 nəfər yoluxub, pandemiya dövründə xəstələrin sayı 640 min 986-ya çatıb.
Son sutkada 63 xəstə, ümumilikdə isə COVID-19-dan 14 min 28 nəfər dünyasını dəyişib.
Bildirilir ki, xəstəxanalarda 37 min 985 pasiyent var, onların 2 min 587-nin vəziyyəti ağırdır.
İndiyədək Pakistanda 588 min 975 xəstə sağalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB