Rusiya FHN-nə məxsus helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb

Rusiya FHN-nə məxsus helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb

Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus “Ka-32” helikopteri Kalininqrad bölgəsindəki Kurşsk körfəsininin hövzəsində təlim uçuşu zamanı qəzaya uğrayıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb. İki nəfər xilas edilib.

Hazırda yaralılar və ölənlər haqqında məlumat dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə