Putin Rusiyanın Belarus Respublikasındakı yeni səfirini müəyyən edən sərəncam imzalayıb

Putin Rusiyanın Belarus Respublikasındakı yeni səfirini müəyyən edən sərəncam imzalayıb

Vladimir Putin Yevgeni Lukyanovu Rusiyanın Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Putin sərəncam imzalayıb.

Qeyd edək ki, bu təyinata qədər Yevgeni Lukyanov Rusiyanın Latviyadakı səfiri idi.

Xatırladaq ki, Rusiyanın Belarusdakı səfiri vəzifəsini son 2 ildə Dmitri Mezentsev icra edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə