Türkiyə ilə Çin arasında hərtərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
"Çin Xalq Respublikası ilə diplomatik münasibətlərimizin 50-ci ilində bu ölkə ilə iqtisadi əməkdaşlıq potensialımızı da müzakirə etdik".
SİA xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qardaş ölkədə səfərdə olan Çinin xarici işlər naziri Van Yi ilə görüşləri haqqında rəsmi “Twitter” hesabında verdiyi açıqlamasında bildirib.
Pandemiya ilə mübarizə və peyvənd sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdiriləcəyini qeyd edən nazir görüş zamanı Türkiyənin uyğur türkləri ilə bağlı həssaslığının və düşüncələrinin də ifadə edildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB