İƏT-in İnsan Hüquqları üzrə Müstəqil Daimi Komissiyasının sessiyası keçiriləcək
Martın 28-31-də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İnsan Hüquqları üzrə Müstəqil Daimi Komissiyasının növbəti 17-ci sessiyası keçiriləcək. SİA təşkilatın Ciddədə yerləşən Baş Katibliyinin mətbuat açıqlamasına istinadla xəbər verir ki, videokonfrans formatında keçiriləcək sessiyaya İƏT-in Baş katibi Yusif əl-Osaymin sədrlik edəcək. Tədbirdə təşkilata üzv ölkələrin nümayəndələri, beynəlxalq və regional təşkilatların insan hüquqları ekspertləri iştirak edəcəklər.
Sessiyanın gündəliyinə İƏT-ə üzv ölkələrdə mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların qorunması məsələləri daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB