Gürcüstan koronavirusa qarşı peyvəndin növbəti hissəsini alıb. SİA xəbər verir ki, martın 25-də Gürcüstana ABŞ-dan 30 min doza "Pfizer" peyvəndi gətirilib.
"Pfizer" vaksini 65 yaşdan yuxarı tibb işçilərinin peyvəndlənməsi üçün istifadə olunacaq.
Səhiyyə sahəsində çalışanlar "AstraZeneca" və "Pfizer" peyvəndi arasında seçim edə biləcəklər.
Xatırladaq ki, Gürcüstanda peyvəndləmə prosesinin ilk mərhələsinə martın 15-dən başlanılıb və artıq 5 minə yaxın insan peyvənd olunub.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB