Rusiyada son sutka ərzində koronavirusa 9221 yeni yoluxma halı qeydə alınıb. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 492 692 nəfərə çatıb.
Rusiyada son sutkada 393 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 96 612 nəfərdir. İndiyə qədər 4 109 281 xəstə sağalıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB