COVID-19-un yayılmasının qarşısının alınması üçün mobil briqadalar yaradılır Özbəkistanda

COVID-19-un yayılmasının qarşısının alınması üçün mobil briqadalar yaradılır Özbəkistanda
Martın 25-dən Özbəkistanın bütün şəhərlərində və vilayət rayonlarında COVID-19–un yayılmasının qarşısının alınması ilə əlaqədar yenidən mobil briqadalar yaradılır. SİA Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, mobil briqadalar rayonlarda epidemioloji vəziyyətə nəzarət edəcək, kəndlərdə və məhəllələrdə virusa yoluxanların qısa zamanda aşkar olunması, simptomsuz virus daşıyıcılarının müəyyənləşdirilməsi, ilkin tibbi yardım göstərilməsi və ağır xəstələrin müalicə müəssisələrində yerləşdirilməsi ilə məşğul olacaq. Karantin qaydalarına əməl etməyən idarə və təşkilat rəhbərləri inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə