Mərakeş koronavirus pandemiyası səbəbindən daha beş ölkə ilə uçuşları dayandırıb

Mərakeş koronavirus pandemiyası səbəbindən daha beş ölkə ilə uçuşları dayandırıb
Mərakeş hakimiyyəti koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində daha beş ölkə ilə uçuşların müvəqqəti dayandırılmasına qərar verib. SİA-nın məlumatına görə, bu barədə ölkənin Milli Hava Limanları İdarəsi bildirib. Məlumata əsasən, müvəqqəti olaraq - ən azı 23 mart - 10 aprel tarixləri arasında sərnişin təyyarələrinin Qanaya, Qvineya Respublikasına, Konqo Demokratik Respublikasına, Liviyaya, Maliyə və əks istiqamətə uçuşları dayandırılıb. Bu tədbir lazım olduqda uzadıla bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə