Pentaqon miqrant uşaqların ABŞ-ın 2 hərbi bazasına yerləşdirilməsinə razılıq verib

Pentaqon miqrant uşaqların ABŞ-ın 2 hərbi bazasına yerləşdirilməsinə razılıq verib
Pentaqon yetkinlik yaşına çatmayan qeyri-qanuni miqrantların Texas ştatındakı iki ABŞ hərbi bazasına müvəqqəti yerləşdirilməsi ilə bağlı ABŞ Səhiyyə Nazirliyinin müraciətini təsdiqləyib. SİA "rt.com" saytına istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbinin yazılı açıqlamasında qeyd olunub. "Bu gün Pentaqon miqrant uşaqların böyüklərin müşayiəti olmadan sərhədi keçərək San-Antonio-Lakland bazasındakı azad yataqxanada və Fort-Bliss bazası ərazisində müvəqqəti yerləşdirilməsi ilə bağlı müraciəti təsdiqləyib", - məlumatda belə deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə