Vyetnamda iki mərtəbəli qayığın batması nəticəsində 15 nəfər itkin düşüb

Vyetnamda iki mərtəbəli qayığın batması nəticəsində 15 nəfər itkin düşüb

Vyetnamın cənubundakı Saygon çayında ad günü mərasimi üçün kirayəyə götürülən bir qayığın batması nəticəsində 5-i uşaq olmaqla 15 adam itkin düşüb. SİA-nın xəbərinə görə, dünən gecə Binh Duong bölgəsində şiddətli fırtına nəticəsində yaranan qəzada iki mərtəbəli bot körpüdən 100 metr uzaqlıqda batıb. İtən 15 adamdan 4-nün çinli olduğu bildirilib. Hadisə nəticəsində ikisi Çin vətəndaşı olmaqla 7 insan üzərək sahilə çıxmağı bacarıb.

Axtarış və qurtarma işlərinə yüzlərlə polis və əsgər səfərbər edilib. Botun batdığı nöqtənin təyin olunduğu və su səthinə çıxarılması işlərinin başladıldığı qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə