Türkiyədə 1983-cü ildən bu vaxta kimi - 28 il ərzində baş verən böyük mədən qəzalarında 647 mədənçi həyatını itirib. SİA-nın xəbərinə görə, ən çox insan itkisinə səbəb olan 3 mart 1992-ci ildə Qozlu Kömür mədənlərində meydana gələn partlayış nəticəsində 263 mədənçi həlak olub. Bundan əlavə, 1983-cü ildə baş verən böyük qəzada 103 mədənçinin həyatını itirib.
Mədən Mühəndisləri Otağının hökumətə göndərdiyi hesabatda risk xəritələrinin çıxarılaraq qabaqlayıcı tədbirlərin alınması, xüsusilə hadisədən sonra axtarış və qurtarma işlərinin təşkil edilməsi üçün Fəlakət və Təcili Vəziyyət Rəhbərliyində 49 mədən mühəndisinin məşğul olmasını istəyib. Zəlzələ riski kateqoriyasına görə qabaqlayıcı işlərin görülməsini istəyən otaq, Amasiya, Balıkesir, Bolu və Manisada 3, Çorum, Ərzurum, Kahramanmaraş, Kütahya, Zonguldak, Yozgat, Karaman və Tekirdağda 2 və risk xəritəsində iştirak edən digər 21 ərazinin hərəsində 1 nəfər olmaqla cəmi 49 mədən mühəndisinin Fəlakət və Təcili Vəziyyət Rəhbərliyində işləməsini xüsusi vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB