NATO Əfqanıstandan qoşunların çıxarılması barədə qərar qəbul etməyib - Stoltenberq

NATO Əfqanıstandan qoşunların çıxarılması barədə qərar qəbul etməyib - Stoltenberq
NATO-ya üzv olan 30 ölkənin xarici işlər nazirləri Əfqanıstandan qoşunların çıxarılması barədə qərar qəbul etməyiblər. SİA-nın məlumatına görə, bunu alyansın XİN rəhbərlərinin Brüsseldə keçirilən iclasının ilk gününün yekunları üzrə NATO-nun baş katibi Yens Stoltenberq deyib. Y.Stoltenberq bildirib: "Bu gün biz yekun qərar qəbul etmədik, lakin qərar verdik ki, qoşunlarımızın təhlükəsizliyini təmin edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə