Prezident Ərdoğan Almaniyanın Baş naziri Angela Merkel ilə görüş keçirdi

Prezident Ərdoğan Almaniyanın Baş naziri Angela Merkel ilə görüş keçirdi

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Prezident Ərdoğan AK Partiyanın Konqresindən əvvəl Almaniyanın baş naziri Merkel ilə video konfrans keçirib.

Ərdoğan-Merkel görüşməsində Türkiyə-Almaniya və Türkiyə-AB (Avropa Birliyi) əlaqələri, həmçinin, regional məsələlərin yaxşılaşdırılması üçün atılan addımlar müzakirə edilib.

Prezident Ərdoğan Türkiyə-AB əlaqələrinin ön planda olmasının müsbət təsirlərini gördüyünü və bu atmosferin meydana gəlməsində Merkelin əhəmiyyətli rol oynadığını deyib.

Ərdoğan Egeydə və Şərqi Aralıq dənizində dialoqun səmərəli şəkildə davam etdirilməsi üçün Yunanıstanın məsələyə təşviq edilməli olduğu qeyd edib.

Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə