19 nəfər ətdən zəhərlənib öldü İnanılmaz hadisə

19 nəfər ətdən zəhərlənib öldü İnanılmaz hadisə

Madaqaskarda baş verən hadisə hər kəsi şoka salıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dəniz tısbağasının ətini yeyən 10 böyük və 9 uşaq olmaqla, 19 nəfər zəhərlənərək ölüb. Mütəxəssislərin xəbərdarlıqlarına baxmayaraq, tısbağanın ətini yeyən insanların qida çatışmazlığı səbəbindən bunu etdikləri düşünülür.

Antananarivonun şərqindəki Vatomandry xəstəxanasının səlahiyyətliləri dəniz tısbağası əti yedikdən sonra zəhərlənmə şikayəti ilə xəstəxanaya gətirilən 34 nəfərdən 10-unun dərhal xəstəxanada öldüyünü bildirib.

Valilik tərəfindən edilən açıqlamada, eyni dəniz tısbağasının ətini yeyən uşaqlardan doqquzunun evlərində öldüyü qeyd edilib.

Məlumdur ki, dəniz dibindəki yosunlar temperaturun artdığı noyabr-mart aylarında zəhərli toksinlər ifraz edir.
Bu aylar ərzində dəniz tısbağaları və 20-dən çox balıq növü zəhərli yosunlarla qidalanır.

Mütəxəssislər, bu dövrdə bu canlılardan istifadə edilməməsi ilə bağlı xəbərdarlıq etsələr də, sahil bölgələrində yaşayan insanlar qidalanma probleminə görə öz bildiklərini edirlər.

Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə