Nigerdə silahlı şəxslərin kəndlərə silsilə hücumları nəticəsində 137 nəfər ölüb

Nigerdə silahlı şəxslərin kəndlərə silsilə hücumları nəticəsində 137 nəfər ölüb

Nigerin şimal-qərbində silahlı şəxslərin kəndlərə silsilə hücumları nəticəsində ölənlərin sayı 137-yə çatıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli rəsmi qurumlar bildirib.

“Reuters” ötən gün hücumlar zamanı 60 nəfərin ölməsi barədə məlumat vermişdi.

Qeyd edək ki, bazar günü motosikletli silahlılar Nigerin bir neçə kəndinə hücum ediblər və qarşılarına çıxan insanlara atəş açıblar. Hadisənin baş verdiyi kəndlər Mali ilə sərhəd yaxınlığında yerləşir.

Martın 15-də silahlı şəxslər Nigerin qərbindəki Tilaberi bölgəsində də 58 mülki şəxsi öldürmüşdülər.

Bütün xəbərlər Facebook səhifəmizdə