Çinin xarici işlər naziri Van Yi İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin dəvəti ilə İrana rəsmi səfər edəcək.
SİA-nın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.
S.Xətibzadənin sözlərinə görə, Çin xarici işlər nazirinin 2 günlük səfəri 26 martda başlayacaq.
Xətibzadə əlavə edib ki, Çin xarici işlər naziri səfər çərçivəsində İran prezidenti ilə də görüşəcək: “Görüşlərdə ikitərəfli strateji münasibətlərin gücləndirilməsi yolları araşdırılacaq, regional və beynəlxalq proseslər barədə fikir mübadilələri aparılacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB